15 
Apr
2024
16:05
189

İşğalçı qüvvələr üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Zemo Artsevi və Otrevidə üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Sözügedən hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Dövlət Təhlükəsizlik Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, - bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın