Hava proqnozu açıqlandı: Bu tarixdən havanın temperaturu 33 dərəcəyədək yüksələcək
Aprelin 16-dan Gürcüstanda havanın temperaturunun əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gün ərzində +27, +29 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcəyədək yüksələcək.


