Bu gün parlament “rus qanunu”nun müzakirəsinə başlayır
Bu gün saat 10:00-da Parlamentin Hüquq Komitəsində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
InterPress.ge xəbər verir ki, qanun layihəsi maliyyə vəsaitinin 20%-dən çoxunu donor təşkilatlardan, beynəlxalq fondlardan və ya xarici birliklərdən alan istənilən ictimai təşkilata və ya KİV-ə xarici dövlətin maraqlarının daşıyıcısı statusu verəcək.
Bu təşkilatlar xarici pay sahiblərinin reyestrində qeydiyyatdan keçməli və maliyyə sənədlərini bu reyestrə yükləməli olacaqlar.
Qeyd edək ki, bu il “Gürcü Arzusu” hakim partiyanın 2023-cü ilin martında əhalinin irimiqyaslı etirazları səbəbindən qəbul edə bilmədiyi qanun layihəsini yenidən parlamentə təqdim edib. Bundan əlavə, ötən il sözügedən qanun layihəsinin təşəbbüskarı “Gürcü Arzusu”na bağlı “Xalqın gücü” idisə, bu il layihənin təşəbbüskarı birbaşa “Gürcü Arzusu”dur.


