11 
Apr
2024
11:47
230

Səfir: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir"

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir".

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib. 

Herçinskinin sözlərinə görə, o, vətəndaş cəmiyyətini damğalamamaqla şəffaflığı təmin etmək üçün bir yol tapılacağına ümid edir.

"İndiki kontekstdə bu qanun qəbul olunarsa, Avropa Komissiyasının müsbət qiymət verməsi çox çətin olacaq. Başa düşürəm ki, bu sadəcə bir təklifdir, bir neçə həftə, bəlkə də aylar davam edəcək müzakirələr olacaq. Ümid edirəm ki, hər hansı bir demokratiyada, o cümlədən Gürcüstanda, Aİ-yə üzvlük yolunda çox mühüm rol oynayan vətəndaş cəmiyyəti təşkilatlarını damğalamamaqla tamamilə qanuni olan şəffaflığı təmin etmək üçün bir yol tapılacaq", - Pavel Herçinski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər