12 
Mar
2024
15:43
472

Kaladze Rusiya ilə birbaşa uçuşların dayandırılmasına belə münasibət bildirdi

"Gürcü xalqının Ukrayna xalqı ilə tarixən həmişə dostluq münasibətləri olub və bu dostluğa heç nə və heç kim mane ola bilməz. Araxamiyanın açıqlamasına gəlincə, mən mübahisəyə girmək istəmirəm. Mən Ukraynaya sülh arzulamaq istəyirəm".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Davit Araxamiyanın bəyanatına cavab olaraq qeyd edib.

Bundan əlavə, Kaladzenin dediyinə görə, Gürcüstan hökuməti heç vaxt ölkə və onun əhalisi üçün zərərli ola biləcək addım atmayacaq.

"Biz Ukrayna xalqının yanındayıq və bu, konkret hərəkətlərlə ifadə olunur. Bütün beynəlxalq platformalarda neçə dəfə dəstək olunub, humanitar yardım edilib, Gürcüstana gələn ukraynalılara dəstək olunub və bu, indi də davam edir. Bir daha təkrar edirəm, gürcülərin və ukraynalıların dostluğuna heç kim və heç nə mane ola bilməz. Araxamiyanın açıqlamasına gəlincə, mən mübahisəyə girmək istəmirəm. Mən Ukraynaya sülh arzulamaq istəyirəm.

Uçuşların dayandırılmasına, sanksiyalara qoşulmasına gəlincə, biz ölkəmizin maraqlarından çıxış edirik. Biz dəfələrlə demişik və fikrimizi bildirmişik ki, birinci ölkəmizdir, ölkəmizin əhalisidir. Ona görə də biz ölkəmizə, əhalimizə zərər verə biləcəyini düşündüyümüz heç bir addımı atmayacağıq. Gürcüstan hökuməti belə bir şey etməyəcək. Saakaşviliyə gəlincə, o, təqsirlidir, konkret işlərdə günahkardır, ağır cinayət törədib və bütün insanlar qanun qarşısında cavab verməlidir”.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər