11 
Mar
2024
18:12
247

Prokurorluq narkotik cinayətləri törətməkdə təqsirli bilinən səkkiz nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və qanunsuz satışına  hazırlanması faktları üzrə 8 nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu  barədə prokurorluq məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri alıb saxlayıblar, onların bir hissəsi Gürcüstanın müxtəlif şəhərlərində əvvəlcədən müəyyən edilmiş yerlərdə yerləşdirilib.

“Aparılmış istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərdən satış üçün hazırlanmış narkotik vasitələr, həmçinin müxtəlif yerlərdən - kokain, MDMA, marixuana, ekstazi, LSD, psilosibin, alfa PVP, mefedron və psixotrop maddə götürülüb. 
Saxlanılanlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260, 261 və 273-cü (qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daxil etməyə cəhd və hazırlama) maddələri ilə ittiham irəli sürülüb. (20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub)
Prokurorluğun vəsatəti əsasında məhkəmə artıq 8 nəfərin hamısına həbs qətimkan tədbiri seçib.
Prokurorluq narkotik alverçilərinə qarşı ciddi cinayət-hüquq siyasəti aparır və bu siyasəti gələcəkdə də davam etdirəcək.
“Daxili İşlər Nazirliyində başlanmış cinayət işlərinin istintaqı davam etdirilir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın