Prokurorluq azyaşlını heyvanın ölümünə səbəb olan amansız rəftara görə ittiham edib
Gürcüstan Prokurorluğu bir nəfəri heyvanın ölümünə səbəb olan amansız rəftarına görə ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Baş Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar müəyyən edilib ki, fevral ayında Mçxeta bələdiyyəsinin Cerovani kəndində təqsirləndirilən azyaşlı öz Pitbull cinsli itinə Metis cinsli iti parçaldaraq heyvanın ölümünə səbəb olub".
Azyaşlıya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin 3-cü hissəsi (heyvanla amansız rəftar, onun ölümünə səbəb olan) ilə ittiham irəli sürülüb.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Gürcüstan Prokurorluğu heyvanlara qarşı amansızlıqla törədilən cinayətlərlə bağlı ciddi cinayət-hüquq siyasəti yürüdür. “Prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinə daxil edilməsi nəzərdə tutulan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanıb və bunun əsasında heyvanlara qarşı işgəncə və amansız rəftar cinayətlərinə görə cəza sərtləşdirilib”, - deyə agentlikdən bildirilib.


