07 
Mar
2024
10:52
282

Acarıstanda yaşayış evində icazəsiz qurulan oyun biznesi obyekti aşkarlanıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- istintaq tədbirləri nəticəsində Acarıstan regionunda müvafiq icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktına görə 2 nəfər məsuliyyətə cəlb edilib.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər yaşadıqları evdə oyun biznesi obyekti yaradıblar və oradan müvafiq məcburi icazə olmadan müxtəlif qumar oyunları prosesi internet vasitəsilə Gürcüstandan kənarda fəaliyyət göstərən internet kazinoların saytlarına ötürülüb.

Müəyyən edilib ki, obyekt qanuni fəaliyyət göstərdiyi halda icazə haqqı kimi dövlət büdcəsinə 100 000 lari daxil edilməlidir. Araşdırma zamanı büdcəyə dəymiş ziyan tam ödənilib.

Bu cinayət kateqoriyası Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulub ki, bu da üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın