06 
Mar
2024
19:52
427

Dmanisidə Od çərşənbəsi qeyd olunub - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanın Dmanisi rayonunda fəaliyyət göstərən “Vətəndaş - Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi” tərəfindən müəllim, tələbə və məktəb şagirlərinin, həmçinin tədbirə dəvət olunmuş gürcü ictimaiyyətinin iştirakı ilə İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi qeyd olunub.

InterPress.ge xəbər verir ki, birliyin müəllim və tələbələri milli adət-ənənələrə görə çərşənbə tonqalı qalayıblar.

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Şənlik hər kəsə bayram sevinci ilə yanaşı dolu duyğular bəxş edib.

Birliyin rəhbəri Kamran Xıdırov qeyd edib ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş göyü, yeri isidib həyat enerjisi ilə kainata dirilik bəxş edir. İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir.

Şənlikdə Birliyin məktəb şagirdlərinin Novruz bayramına həsr olunmuş rəsmləri, əl işləri və xalqımızın uzun illər məişətdə işlətdiyi qədim saxsı qabları və digər əşyalar nümayiş olunub. 

Sonda Dmanisi dağlarının ruhunu oxşayan saz havaları ifa olunub.

Bizimlə əlaqə saxlayın