21 
Fev
2024
15:06
203

ABŞ səfiri: Əsas prioritetlərimizdən biri Gürcüstanın Avropa İttifaqına daxil olmasına dəstək verməkdir

"Əsas prioritetlərimizdən biri Gürcüstanın Avropa İttifaqına daxil olmasına dəstək verməkdir. Biz Gürcüstanın Avropa İttifaqının üzvü olmasını istəyirik".

InterPress.ge xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Robin Danniqan bildirib.

Diplomatın sözlərinə görə, Gürcüstan və ABŞ müxtəlif istiqamətlərdə güclü strateji tərəfdaşlığa malikdir.

“ABŞ-Gürcüstan strateji tərəfdaşlığı çox güclüdür və o, bir sıra sahələri əhatə edir: təhlükəsizlik, təhsil, səhiyyə, həmçinin insanlar arasında çox güclü əlaqələr. Əsas prioritetlərimizdən biri Gürcüstanın Avropa İttifaqına daxil olmasına dəstək verməkdir. Biz Gürcüstanın Avropa Birliyinə üzv olmasını istəyirik. Gürcüstana gələndə ilk gördüyüm işlərdən biri Gürcüstanın Avropa İttifaqına namizəd statusunu müzakirə etmək üçün Brüsselə səfər etmək idi. Mən çox şadam ki, baş nazirin ilk səfəri Brüsseldədir, o, Gürcüstanın Aİ-yə namizədliyi barədə danışmaq üçün bu gün səfərdədir. Ümid edirəm ki, yaxın illərdə biz Gürcüstanı Avropa İttifaqının üzvü kimi görəcəyik”, - deyə səfir bildirib.

Bizimlə əlaqə saxlayın