Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb
Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb.
InterPress.ge xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92.4 faizinin səsini qazanıb.
Zahid Oruc 2.2 faiz, Fazil Mustafa 2 faiz, Qüdrət Həsənquliyev 1.6 faiz, Elşad Musayev 0.8 faiz, Razı Nurullayev 0.6 faiz, Əliyev Fuad 0.4 faiz səs toplayıb.
Sosioloji Tədqiqatlar Mərkəzinin (STM) direktoru Natalya İsayeva deyib ki, "exit-poll" 25 dairənin 125 seçki məntəqəsində keçirilib. Prosesə ümumilikdə 5016 seçici cəlb olunub. Onların 24 faizi Bakı, 7.9 faizi Gəncə və Sumqayıt, 23.8 faizi kiçik şəhər və qəsəbə, 44.3 faizi kənd sakinləri olub. Respondentlərin 51.2 faizini qadınlar, 48.8 faizini kişilər təşkil edib.