06 
Fev
2024
14:02
304

Zurabişvili: "Siyasi yolumun bütün mərhələlərində rolum dəyişməz qalacaq"

"Əvvəllər olduğu kimi, siyasi yolumun bütün mərhələlərində rolum dəyişməz qalacaq, müstəqilliyin, millətçiliyin, demokratiyanın, Avropa gələcəyinin keşiyində dayanacağam. Həm bu gün, həm də sabah mən sovet və rus keçmişinə qayıtmaq, Avropa imkanlarını sabotaj etmək cəhdlərinə qəti şəkildə qarşı çıxacağam".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili açıqlama verib.

Onun sözlərinə görə, Avropa Gürcüstanın alternativsiz gələcəyidir.

“Hamıya aydın olsun ki, bu dinc, ədalətli və bərabər gələcək təkcə bizə deyil, bu gün işğal olunmuş Abxaziya və Sxinvalidə öz elementar insan hüquqlarını, mədəni kimliklərini, dillərini və torpaqlarını zorla özgəninkiləşdirilməsindən qoruya bilməyən insanlara məxsusdur. Əvəzində biz birlikdə Avropaya daxil olmaq üçün ümidverici və etibarlı bir yol gözləyirik. Bu, ölkəmizin alternativsiz gələcəyidir, xalqımızın iradəsidir və bu iradəni yerinə yetirmək bizim borcumuzdur”, - Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər