06 
Fev
2024
13:56
399

İrakli Kobaxidze: Qanunvericiliyi daha ciddi tənzimləmək lazımdır ki, gələcəkdə heç kimin dini hissləri təhqir olunmasın

Baş nazirliyə namizəd İrakli Kobaxidze hesab edir ki, gələcəkdə heç kimin dini hissləri təhqir edilməsin deyə qanunvericiliyi daha sərt şəkildə tənzimləmək lazımdır.

InterPreas.ge xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbət edib.

“Qanun layihəsi üzərində işlərə başlanılıb, bunun əsasında dini hisslərin təhqir olunması, məbədlərin təhqir olunması və s. hallara gəldikdə müvafiq cavab verilməlidir. Düşünürəm ki, gələcəkdə heç kimin dini hissləri inciməsin deyə qanunvericiliyi daha ciddi şəkildə tənzimləmək lazımdır”, - Kobaxidze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər