Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Gürcüstanın MSK sədri Azərbaycana gedib
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri Azərbaycana gedib.
InterPress.ge-nin xəbərinə görə, onlar arasında Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili də var.
Belə ki, digər Azərbaycana gedənlər arasında MDB-nin Baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri Serqey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri yer alır.
Qeyd edək ki, onların seçkilərlə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.