Aİ səfiri: "Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir"
"Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir və Gürcüstanın sərhədləri Avropa Birliyinin xarici sərhədlərinə çevriləcək. Beləliklə, biz əmin olmalıyıq ki, bu sərhədlər təkcə Gürcüstan üçün deyil, həm də Aİ-yə üzv olan bütün ölkələr üçün çox yaxşı qorunur".
InterPress.ge xəbər verir ki, bu barədə Beynəlxalq Gömrük Günü ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski açıqlama verib.
Səfir vahid nəqliyyat sisteminə qoşulmanın Gürcüstan üçün nə deməkdir və ölkəyə hansı faydalar gətirəcəyi sualını cavablandırıb.
“Bu gün biz Beynəlxalq Gömrük Gününü qeyd edirik. Mən Gürcüstan gömrükçülərinin peşəkarlığını, zəhmətkeşliyini, fədakarlığını və uyğunlaşma qabiliyyətini qeyd etmək istərdim. Aİ 20 ildən artıqdır ki, Gürcüstanın vergi və gömrük gəlirləri sektorunu dəstəkləyir və biz bu dəstəyi davam etdirmək istəyirik, xüsusən indi Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə olduğu bir zamanda. Gürcüstanın Avropa İttifaqına daxil olması zaman məsələsidir və Gürcüstanın sərhədləri Avropa Birliyinin xarici sərhədlərinə çevriləcək. Beləliklə, biz əmin olmalıyıq ki, bu sərhədlər təkcə Gürcüstan üçün deyil, həm də Aİ-yə üzv olan bütün ölkələr üçün çox yaxşı qorunur”, - səfir qeyd edib.


