26 
Yan
2024
10:31
928

Saxta Ariel, Perwoll, Fairy və Domestos satan şəxs tutulub

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 1 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb 

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədilə Tbilisi və Rustavi şəhərlərində yerləşən ticarət obyektlərindən keyfiyyətsiz və ucuz “Ariel”, “Perwoll”, “Fairy”, “Alo”, “Domestos” və “Persil” yuyucu vasitələri satıb. 

“Aparılmış istintaq tədbirləri nəticəsində ümumilikdə 78 023 lari dəyərində 16 982 litr və 5 457 kq qanunsuz markalı məhsul götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 2 ilədək həbsi nəzərdə tutan 196-cı maddəsinin birinci hissəsi ilə aparılır.

Qeyd olunan cinayəti törətmiş digər şəxslərin də müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın