24 
Yan
2024
12:51
305

Azərbaycanda növbədənkənar prezident seçkilərində 60 mindən çox müşahidəçi iştirak edəcək

Azərbaycanda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

InterPress.ge-nin xəbərinə görə, bunu Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, beynəlxalq müşahidəçilərin sayı 400 nəfərə yaxındır. M.Pənahov söyləyib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın