17 
Yan
2024
19:48
265

İlya Darçiaşvili iranlı həmkarı ilə görüşüb

Davos Dünya İqtisadi Forumu çərçivəsində Gürcüstanın xarici işlər naziri iranlı həmkarı ilə görüşüb.
 

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, İliya Darçiaşvili Hüseyn Əmir-Abdolahian ilə tanışlıq görüşü keçirib.

“Görüşdə Gürcüstan və İran arasında bu illər ərzində qurulan mehriban qonşuluq münasibətləri vurğulanıb.
Nazirlər ikitərəfli əlaqələrə, o cümlədən ölkələr arasında ticari-iqtisadi əlaqələrə, insanlar arasında əlaqələrin intensivləşdirilməsinin müsbət potensialına və mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Söhbət zamanı regiondakı vəziyyət və problemlərə də toxunulub. Diqqət regionun davamlı və sabit inkişafının zəruriliyinə yönəldilib”, - Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Darçiaşvili Niderland Krallığının xarici işlər naziri Hanke Bruins ilə də görüşüb. İclasda Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasının tarixi qərarına xüsusi diqqət yetirilib. Nazirlər qeyd olunan istiqamətdə və Gürcüstanın Avropaya inteqrasiya yolunda daha da irəliləməsi üçün fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər