İsveç Gürcüstan, Ukrayna və Moldovaya müdafiə yardımı edəcək
İsveç hökuməti Ukraynaya 4,86 milyon dollar, Gürcüstana 490 min dollar və Moldovaya 490 min dollar müdafiə yardımı edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə İsveç səfirliyinin rəsmi nümayəndəsi Europetime-a bildirib.
Onun sözlərinə görə, qərar milli və beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunmuş illik konfransda elan edilib.
Nəşrin məlumatına görə, bu yardım NATO-nun müxtəlif fondları vasitəsilə həyata keçiriləcək. Vəsaitlər minaların təmizlənməsi, böhranların idarə edilməsi, kibertəhlükəsizlik, təhsil və digər məsələlərə sərf olunacaq.
Gürcüstana gəlincə, bu məbləğ NATO-Gürcüstan əsas paketi çərçivəsində ayrılıb. Gürcüstanın timsalında, vəsaitlər digər məsələlərlə yanaşı, böhranların idarə olunması layihələri, kibertəhlükəsizlik, kəşfiyyat üzrə məlumat mübadiləsi, eləcə də təhlükəsiz rabitə kanallarının istiqamətləndirilməsi üçün istifadə olunacaq.


