22 
Dek
2023
16:11
348

İrakli Kobaxidze: Biz əminik ki, Ukrayna və Moldovadan əvvəl Aİ-yə daxil olacağıq

"2024-cü ildə olmayacaq, 2025-ci ildə olacaq. Lakin biz hesab edirik ki, bu qərar artıq 2024-cü ildə verilməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistin Aİ-yə üzvlük danışıqlarının başlanması ilə bağlı sualına cavabında bildirib.

"Keçən il təkcə namizəd statusu yox, danışıqların açılışı da olmalıdı idi. Ümid edirik ki, ədalətli qərar veriləcək. Sübut etdik ki, nə qədər keşməkeşli siyasi proseslərdən keçsək də, sonda məqsədimizə nail ola bilirik, bu, namizəd statusu məsələsində çox gözəl göstərildi. Çətin proseslərdən keçdik, lakin sonra uğura nail olduq. Biz ictimaiyyətə danışıqların başlanması ilə bağlı da eyni vədi verə bilərik. Biz Ukrayna və Moldovadan əvvəl Aİ-yə daxil olacağımıza əminik. Sonda hamı görür ki, Gürcüstan həm Ukraynanı, həm də Moldovanı xeyli qabaqlayır”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər