15 
Dek
2023
18:43
302

Avropa parlamentarisi : “Gürcü xalqı namizəd statusunu qazandığı üçün mən çox xoşbəxtəm”

"Gürcü xalqı namizəd statusu qazanmaq üçün çalışdı... Mən çox xoşbəxtəm"

InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Anna Fotiqa mətbuata  müsahibəsində bildirib.

"Əminəm ki, bu gün gürcülər üçün çox xoşbəxt gündür. Sizə demək istəyirəm ki, mən də çox xoşbəxtəm. Çünki mən Polşanın keçmiş xarici işlər naziri, sonra isə parlamentin üzvü kimi Gürcüstanın Avropaya doğru atdığı bütün addımların şahidi olmuşam. Gürcü xalqı namizəd statusu qazandı. Mən bunu müəyyən prosesin sonu, həm də simvolik məqam hesab edirəm. Sovet İttifaqı dağıldıqdan sonra ölkələrimizin suverenliyi və müstəqilliyi bərpa olundu. Xoşbəxtlikdən bəzi keçmiş sovet respublikaları, məsələn, Litva, Latviya və Estoniya Aİ-yə erkən üzv ola bildilər və indi növbə digər ölkələrindir. Ukrayna, Gürcüstan və Moldova və biz bu prosesi dəstəkləyirik, - Fotiqa qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər