SON DƏQİQƏ! Avropa Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul etdi
Avropa Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
Bundan əlavə, Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edib.
"Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Avropa Şurası Gürcüstana namizəd statusu verib. Həmçinin, AB üzvlük meyarlarına lazımi uyğunluq dərəcəsi əldə edildikdən sonra Bosniya-Hersoqovina ilə danışıqlara başlayacaq və Komissiyanı belə bir qərar üçün müvafiq hesabat hazırlamağa dəvət edib. Bu, onların ölkələri və qitəmiz üçün açıq ümid mesajıdır”, - Mişel yazıb.


