24 
Nybr
2023
11:56
405

Səfir Baş nazirin Azərbaycana səfəri barədə məlumat verib

"Baş nazir İrakli Ğaribaşvilinin bu gün Azərbaycan Respublikasına səfəri başlayır. Səfər çərçivəsində Baş nazir Mərkəzi Asiya ölkələrinin liderlərinin də iştirak etdiyi SPECA iqtisadi forumunda iştirak edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze məlumat verib.

Onun sözlərinə görə, Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sözügedən tədbirdə birbaşa iştirak edir.

“Səfər çərçivəsində təbii ki, Gürcüstanın Baş naziri auditoriya qarşısında çıxış edəcək. Həmçinin Azərbaycan Respublikasının Prezidenti ilə ikitərəfli görüş keçiriləcək. Görüşdə həm siyasi, həm ticarət-iqtisadi, həm də mədəni-humanitar məsələlər, o cümlədən yaşıl enerji layihəsi və Qara Dənizə elektrik kabelinin çəkilməsi məsələsi müzakirə olunacaq ki, bu da enerji təhlükəsizliyinə töhfə verəcək, həmçinin  logistika məsələləri, nəqliyyat dəhlizi, bu istiqamətdə yeni layihələrin başlanılması müzakirə ediləcək. Vacib məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi və başa çatdırılmasıdır. İkitərəfli görüşlərdə bu və digər məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə əlavə təkan verəcək", - deyə o söyləyib.

 

 

Bizimlə əlaqə saxlayın