17 
Avq
2023
14:03
370

Azərbaycan MN: Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini yenidən atəşə tutub

"Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına əsasən dünən saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər