Gürcüstanda tikintiyə icazələr azaldılıb
Rəsmi açıqlanan məlumatlara görə, 2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanda sahəsi 3996,2 min kvadratmetr olan binaların tikintisinə 5059 icazə (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az) verilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Məlumata gör, icazələrin 73,9 faizi ölkənin 4 regionundan, yəni aparılacaq tikinti işlərinin 48 faizi Tbilisidən, 9,3 faizi Mtsxeta-Mtianeti bölgəsindən, 9,2 faizi Kvemo Kartli bölgəsindən və 7,4 faizi İmereti bölgəsindəndir.
Bundan əlavə, qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında çoxfunksiyalı yaşayış komplekslərinin, ticarət obyektlərinin, mehmanxanaların, sənaye müəssisələrinin, kənd təsərrüfatı obyektlərinin və digər tikililərin tikintisinə icazə verilib.
2023-cü ilin yanvar-iyun aylarında ümumi sahəsi 1337,1 min kvadratmetr olan (əvvəlki ilin müvafiq dövründən 7,3 faiz çox) 1465 obyekt (əvvəlki ilin müvafiq dövründən 25,4 faiz çox) istifadəyə verilmişdir. İstifadəyə verilmiş obyektlərin yarıdan çoxu ölkənin 4 regionundan, yəni 34,3 faizi Tbilisidən, 13,5 faizi Mtsxeta-Mtianeti bölgəsindən, 11,6 faizi Kaxeti bölgəsindən və 9,2 faizi Kvemo Kartli bölgəsindəndir.


