Onkoloji xəstəlikləri olan uşaqların xaricdə müalicəsi proqramının tərəfdaş klinikaları ilə müqavilələr imzalanıb
“18 yaşadək Onkoloji diaqnozu qoyulmuş uşaq və yeniyetmələrin xaricdə müalicəsi Proqramı”nın tərəfdaş klinikaları ilə müqavilələr imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşılıqlı əməkdaşlıq sənədini “Gürcüstan Həmrəylik Fondunun” rəhbəri Yekaterine Festvenidze, Türkiyənin “Anadolu Tibb Mərkəzi”, İspaniyanın “Chiron Salud Proton Terapiya Mərkəzi”, “Tel-Aviv Souraski (İxilov) Tibb Mərkəzi”nin rəhbərləri imzalayıblar.
Tədbir çərçivəsində Yekaterine Festvenidze, həmçinin onkoloji diaqnozu qoyulmuş uşaqların xaricdə müalicəsi proqramının təqdimatını keçirib və proqramın hər bir benefisiar üçün yaratdığı imkanlardan danışıb.
Onun sözlərinə görə, proqram artıq bir həftədir ki, başlayıb.
“Maraq çox yüksəkdir, hər an elanlar, zənglər gəlir. Biz artıq ilk xəstəni Türkiyəyə göndərmişik və bu gün səhər o, artıq türk klinikasında xidmət alır, bu çox vacibdir və əminəm ki, sağalaraq bizə qayıdacaq. Bu gün çox mühüm gündür, çünki Səhiyyə Nazirliyi əməkdaşlığı rəsmiləşdirmək üçün gəlmiş tərəfdaş klinikaları qəbul edir. Bütün partnyor klinikaların rəhbərliyi, o cümlədən Türkiyənin “Anadolu” Tibb Mərkəzinin, İsrailin “İxilov” Tibb Mərkəzinin, İspaniyanın Protoroterapiya Mərkəzinin rəhbərləri buradadır”, - deyə Festvenidze bildirib.
Tərəfdaş klinikaların rəhbərləri də təqdimatlarla çıxış ediblər – onlar tədbirin qonaqlarını öz tibb müəssisələri və bu müəssisələrdə uşaq onkologiyası sahəsində mövcud imkanlarla tanış ediblər.
“Onkoloji diaqnozu qoyulmuş uşaqların xaricdə müalicə proqramı hər bir benefisiara yüksək texnologiyalı, yüksək keyfiyyətli tibbi xidmətlər almaq üçün bərabər imkan yaradır. Onların ailələri xərçənglə mübarizə zamanı üzləşdikləri maddi təzyiqdən əhəmiyyətli dərəcədə azad olurlar.
Proqrama diaqnostika və standart müalicə kursu daxildir: kimyaterapiya, radiasiya terapiyası, cərrahi müdaxilə. Həmçinin – xəstənin ehtiyaclarından asılı olaraq proton terapiyası. Partnyor klinikalar arasında xəstələrin fərdi ehtiyacları, klinikanın imkanları və xəstənin ailəsinin seçimi nəzərə alınmaqla ayrılacaq.
Proqram Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilir və onun illik büdcəsi təxminən 30 milyon laridir. Proqramı “Gürcüstan Həmrəylik Fondu” həyata keçirir.


