28 
Iyl
2023
16:12
332

Ukraynada daha bir gürcü döyüşçü öldürülüb

Ukraynada daha bir gürcü döyüşçü öldürülüb.

InterPress.ge xəbər verir ki, Açiko Devrisaşvili dünən, iyulun 27-də Baxmut istiqamətində bombardman nəticəsində həlak olub.

Devrisaşvili 2008-ci ilin avqust müharibəsinin iştirakçısı olub. O, Ukraynada “Qara Qartal” bölməsinə yazılıb.

Devrisaşvili Kiyevə aparılacaq. Ukraynanın paytaxtında Müqəddəs Volodimir kilsəsində vətəndaş dəfn mərasimi keçiriləcək, bundan sonra Devrisaşvilinin cənazəsi Gürcüstana gətiriləcək. Vətənə gətiriləcəyi dəqiq vaxtı hələlik məlum deyil.

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 48 gürcü döyüşçüsü ölüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər