Saxta vergi sənədləri hazırlayan 4 nəfər saxlanıldı
Dələduzluq yolu ilə saxta vergi sənədləri tərtib edib istifadə etmə, dövlət büdcəsinin əmlakına zərər vurma və büdcəyə məxsus pul vəsaitlərini qanunsuz olaraq ələ keçirmə faktları üzrə qrup halında 4 nəfər barəsində cinayət işi başlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qabaqcadan razılıq əldə edərək qanunsuz maddi nemətlər əldə etmək məqsədilə idarə etdikləri şirkətlər adından bir-birlərinə guya məişət əşyalarının satışına görə saxta vergi hesab-fakturaları veriblər, hansı yolla 226 402 lari məbləğində saxta ƏDV aktivi yaratmış, onun bir hissəsi cari vergi öhdəliklərinin ödənilməsinə sərf edilmiş, bir hissəsi isə nağd pul şəklində dövlət büdcəsindən çıxarılmışdır”,- deyə məlumatda qeyd olunub.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 210, 185 və 180-ci maddələri ilə istintaq aparılır.


