Polşada 2 şüşə viski oğurlayan Gürcüstan vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Rumiya şəhərində baş verib. Mağazanın mühafizəçisi 32 yaşlı Gürcüstan vətəndaşını saxlamağa çalışsa da, kişi mühafizəçiyə fiziki təzyiq göstərərək hadisə yerindən qaçıb.
O, ertəsi gün Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, məhkəmənin hökmü ilə saxlanılan şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
