26 
Iyl
2023
12:13
770

Gürcüstan vətəndaşlığı alan rusların sayı açıqlanıb

Ukraynada müharibə başlayandan təxminən son 17 ayda Gürcüstana 2564 Rusiya Federasiyası vətəndaşı qəbul edilib, 3071 nəfərin isə Gürcüstan vətəndaşlığı bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

 Verilən məlumata görə, 2022-ci il fevralın 24-dən 2023-cü il iyulun 17-dək olan müddətdə Gürcüstan prezidenti Rusiya Federasiyasının 2564 vətəndaşına müstəsna olaraq Gürcüstan vətəndaşlığı verib.

“Bunlardan 2530 nəfəri əslən Gürcüstandandır, 23 nəfər Gürcüstan vətəndaşlarının ailə üzvləridir, 11 nəfər isə idman, elm və ya incəsənət sahəsində uğur qazanır və Gürcüstan adından fəaliyyətini davam etdirmək istəyir.

Nəzərinizə çatdıraq ki, həmin dövrdə 5 nəfərə normal qaydada, 15 nəfərə sadələşdirilmiş qaydada, 8 nəfərə isə xüsusi qaydada Gürcüstan vətəndaşlığı verilib. Bundan əlavə, 3071 keçmiş Gürcüstan vətəndaşının Gürcüstan vətəndaşlığı bərpa edilib,"- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın