26 
Iyl
2023
10:51
498

Bu gün Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və onunla birlikdə 7 noyabr işi üzrə təqsirləndirilən sabiq yüksək vəzifəli şəxslərin məhkəməsi keçiriləcək.

InterPress.ge xəbər verir ki, məhkəmə saat 16:00-da Tbilisi Şəhər məhkəməsində baş tutacaq.

Saakaşvilinin məhkəmədə distant formada iştirak edib-etməyəcəyi məlum deyil.

Məlumat üçüçn bildirək ki, dövlət ittihamnaməsində Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkaçişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham olunur.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Qeyd edək ki, bu işdə Saakaşvili ilə birlikdə Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da ittiham olunur.

Bizimlə əlaqə saxlayın