25 
Iyl
2023
11:33
364

Xüsusi İstintaq Xidməti zorakılıq törətmiş 4 hüquq-mühafizə orqanı əməkdaşını ifşa etdi

Xüsusi İstintaq Xidməti bu ilin iyun-iyul aylarında Tbilisidə aparılmış istintaq hərəkətləri nəticəsində zorakılıq xarakterli cinayətlər törətmiş 4 hüquq-mühafizə orqanı əməkdaşını ifşa edib.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

  Məlumata görə, Xüsusi İstintaq Xidmətinin fəaliyyəti nəticəsində ümumilikdə 40 hüquq-mühafizə orqanı əməkdaşı zorakılıq və nalayiq rəftarla ifşa edilib.

Məlumatda qeyd olunduğuna görə, Xüsusi İstintaq Xidməti tərəfindən hüquq-mühafizə orqanı əməkdaşıları tərəfindən törədilmiş nalayiq rəftar və digər zorakılıq xarakterli cinayətlərin istintaqı intensiv şəkildə davam etdirilir, nəticələr və gedişat barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.


“Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Quru Sərhəd Mühafizəsi Departamentinin əməkdaşı R.D.-nin 2023-cü il mayın 11-də Tbilisi şəhərində qisas məqsədi ilə zərərçəkmiş vətəndaşa fiziki təzyiq göstərdiyi cinayəti ifşa edilib. Cinayətkar silahla qurbanın başına zərbələr endirib, həmçinin, yerdə uzanmış zərərçəkmişi öldürməklə hədələyib və ona fiziki təzyiq göstərməyə davam edib, nəticədə bədəninə yüngül xəsarətlər yetirib.

Gürcüstan Prokurorluğu qeyd olunan şəxsə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və hədələmə ittihamı irəli sürüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin əməkdaşı G.S.,  2017-2023-cü illərdə keçmiş həyat yoldaşını cinsinə görə, dözümsüzlük zəminində sistematik şəkildə təhqir edib və alçaltdığına görə, həbs edilib. Həmçinin, 2023-cü ilin mayında o, həyatına son qoymaqla hədələnib.

Gürcüstan Prokurorluğu hüquq-mühafizə orqanının əməkdaşını məişət zorakılığı və hədə-qorxu ilə ittiham edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin əməkdaşı Q.Ğ.-nın 2023-cü il aprelin 4-də Tbilisi şəhərində şifahi mübahisə zəminində vətəndaşa odlu silahla alın nahiyəsindən xəsarət yetirmiş, nəticədə zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirmişdir.

Gürcüstan Prokurorluğu həmin şəxsi qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham edib.

 Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin əməkdaşı V. Q., 2023-cü il martın 16-da Tbilisi şəhərində qarşılıqlı mübahisə zamanı döyülmə nəticəsində zərərçəkmişə az ağır bədən xəsarəti yetirmişdir. Qeyd olunanlarla yanaşı, V. Q., 2023-cü il mayın 17-də Tbilisi şəhərində tanışını odlu silahla öldürməklə hədələyib və zərərçəkənin avtomobilinə ziyan vurub.

Gürcüstan Prokurorluğu hüquq-mühafizə orqanının əməkdaşına qəsdən sağlamlığa az ağır xəsarət yetirmək, hədə-qorxu gəlmək və əmlaka ziyan vurmaqda ittiham edib”, - deyə Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın