Türkiyə polisi tərəfindən axtarışda olan şəxs Gürcüstanda saxlanılaraq Türkiyəyə təfil verilib
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Gürcüstandan Türkiyə Respublikasına ekstradisiya edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Məlumata görə, qeyd edilən şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən işgəncə, hədə-qorxu, qrup şəklində zorlama və yetkinlik yaşına çatmayan uşağın zorlanmasına köməklik etdiyinə görə axtarışda olub.
“Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təqdim edilmiş ekstradisiya sorğusu əsasında Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar. Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında şəhər məhkəməsinin qərarı ilə onun Türkiyə Respublikasına ekstradisiyası məqbul elan edilib və Gürcüstan Ali Məhkəməsi onu qüvvədə saxlayıb. 2023-cü il iyulun 7-də Gürcüstanın ədliyyə naziri qeyd edilən şəxsin Türkiyə Respublikasına ekstradisiyası ilə bağlı yekun qərar qəbul edib, bundan sonra axtarışda olan şəxs Türkiyə Respublikasının səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib.
Gürcüstan Prokurorluğu axtarışda olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tərəfdaş ölkələrin səlahiyyətli orqanları ilə gələcəkdə də uğurlu əməkdaşlığa hazır olduğunu bildirir”, - deyə məlumatda qeyd olunub.


