Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Donetsk qubernatoru: "Rus işğalçıları Donetsk vilayətində kəndi bombalayıb"

466
Donetsk qubernatoru: "Rus işğalçıları Donetsk vilayətində kəndi bombalayıb"
Dinləmək üçün basın

Rus işğalçıları Donetsk vilayətində kəndi bombalayıb, 10 yaşlı oğlan və 16 yaşlı qız həlak olub.

Rus işğalçıları Donetsk vilayətində kəndi bombalayıb, 10 yaşlı oğlan və 16 yaşlı qız həlak olub.

InterPress.ge xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Pavel Kirilenko şəxsi Telegram kanalında məlumat yayıb.

“Ruslar bu gün Donetsk vilayətində - Toretsk icmasının Drujba kəndində iki uşağı qətlə yetiriblər.

Günorta saat üç radələrində işğalçılar kəndi artilleriya atəşinə tutublar – mərmilərdən biri uşaqların olduğu həyətə düşüb – 10 yaşlı oğlan və 16 yaşlı qız- bacı və qardaş həlak olublar.

Bundan əlavə, mərmi atışları zamanı həmin kənddə yaşlı qadın yaralanıb – o, xəstəxanaya çatdırılıb”, - Kirilenko yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →