21 
Iyl
2023
15:35
523

Yüzlərlə məcburi köçkün ailəsinin faktiki olaraq yaşadığı əmlak onların mülkiyyətinə veriləcək

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında hökumətin iclası keçirilib.

InterPress.ge xəbər verir ki, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 11 məsələni müzakirə ediblər.

Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin “dövlət mülkiyyətində olan daşınmaz əmlakın ödənişsiz mülkiyyətə verilməsi formasında özəlləşdirilməsi haqqında” fərmanı da olub.

Sərəncama əsasən, məcburi köçkünlərin faktiki olaraq yaşadıqları mənzillər, həm kənd təsərrüfatı, həm də qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələri onlara veriləcək.

Məcburi köçkünlərə veriləcək əmlak Tbilisi, Kutaisi, Aşağı Çxorotsku, Şida Kartli, Telavi, Mtsxeta, Borjomi, Kvemo Kartli, Sameqrelo, İmereti, Batumi və Raça-Leçxumidə yerləşir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər