15 
Iyl
2023
22:36
734

Gürcü Arzusunun Marneulidəki təşkilatına Amiran Qiorqadze seçilib

Kvemo Kartli bölgəsində "Gürcü arzusu" partiyasının konfransları başa çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Gürcü arzusu” partiyası yayıb.

Onların hesabatlarına görə, Rustavi, Qardabani, Çalka, Tetriçğaro, Bolnisi, Marneuli və Dmanisdə keçirilən konfranslarda yerli təşkilatların sədrləri və büro üzvləri seçilib.

“Gürcü arzusu”nun Dmanisi təşkilatına Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili rəhbərlik edəcək; Bolnisi təşkilatı - Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili; Marneuli təşkilatı - Marneuli Bələdiyyə Şurasının sədri, Amiran Qiorqadze; Çalka təşkilatı - Çalka Bələdiyyəsinin meri İlia Sabadze; Tetriçğaro təşkilatı - Tetriçğaro Bələdiyyəsinin meri Giorgi Çiklauri; Rustavi təşkilatı - Rustavi bələdiyyəsinin meri Nino Laçabidze; Qardabani təşkilatı - Qardabani Bələdiyyəsinin meri Davit Karqareteli.

Artıq Tbilisi, Acara, Samtsxe-Cavaxeti, Şida Kartli, Kvemo Kartli, Mçxeta-Mtianeti və Kaxetidə “Gürcü arzusu” partiyasının konfransları keçirilib”, - partiyanın yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın