14 
Iyl
2023
22:55
522

Yaponiyada Gürcüstan səfirinə hücum olub

Yaponiya polisi Gürcüstanın səfiri Temur Lejavaya mümkün hücumu araşdırır. 

InterPress.ge xəbər verir ki, bu barədə Yaponiyanın ictimai yayımı NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Lejavanın sürücüsü cümə günü günorta saatlarında polisə zəng edərək Gürcüstan səfirliyinin yaxınlığında bir nəfərin onun yaxasından yapışdığını bildirib.

Mətbuat polisin və səfirlik sürücüsünün sözlərinə istinad edir ki, adıçəkilən şəxs səfirin maşınının qarşısında avtomobilini saxlayıb və sürücünün qapısını açıb.

Nəşr qeyd edir ki, hadisə nəticəsində sürücü və səfir xəsarət almayıb.

Polis hadisənin yol hərəkətində yaranan anlaşılmazlıq nəticəsində baş verdiyini ehtimal edir. Hazırda həmin şəxs dindirilir.

Bizimlə əlaqə saxlayın