Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

HZ. İMAM ƏLİ (Ə) və FATİMEYİ ZƏHRANIN (S.Ə) evlilik ildönümünə həsr olunmuş konfrans keçirilib

468
 HZ. İMAM ƏLİ (Ə) və FATİMEYİ ZƏHRANIN (S.Ə) evlilik ildönümünə həsr olunmuş konfrans keçirilib
Dinləmək üçün basın

Bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin iclas zalında Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “Hz. İmam Əli (ə) ilə Xanım Fatimənin (s.ə) nümunəvi ailə modeli” mövzusunda…

Bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin iclas zalında Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “Hz. İmam Əli (ə) ilə Xanım Fatimənin (s.ə) nümunəvi ailə modeli” mövzusunda elmi konfrans keçirilib.

 InterPress.ge xəbər verir ki, əsas mövzusu “Nümunəvi ailə modeli” olan bu konfransda müəllimələr, din, elm və ictimaiyyət xadimələri və tələbələr iştirak ediblər. 

Öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov konfransın məram və mövzusunu söyləyərək açıq elan etdikdən sonra Qurani-Kərimin tilavəti üçün sözü Məşədi Vidadi Qurbanova verib.
Sonra  Gürcüstan Müsəlmanları İdarəsinin qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze, Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Almustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Həsən Yusifzadə, Türkiyənin Gürcüstandakı səfirliyinin Din Hizmətləri üzrə Müşaviri Hacı Mahmut GÖL, Gürcüstanın dəyərli ruhanilərindən Hacı Əli Əliyev mövzu ətrafında çıxış ediblər.

Çıxış edən dini rəhbərlər və alimlər Hz. İmam Əli (ə) ilə Xanım Fatimənin evlilik həyatından və yaşayışlarından tarixi örnəklər gətirərək İslamda nümunəvi ailə və evlilik meyarı, xoşbəxt ailənin əsasları, ailə ocağının sağlamlığı üçün ailə üzvlərinin üzərinə düşən məsuliyyətlər və s. mövzular haqda ətraflı danışıblar.

 Konfrans sonrası iştirakçılara şirniyyat sovqatı təqdim olunub. Onlara Ailə mövzusunda çap olunmuş posterlər və “Ailə səadəti” kitabı hədiyyə edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →