Gürcüstanda benzin bahalaşa bilər
Son bir neçə həftədə beynəlxalq bazarda neftin qiyməti bir qədər artıb.
InterPress.ge xəbər verir ki, bu şəraitdə Gürcüstanın bir sıra yanacaqdoldurma məntəqələrində benzinin qiyməti artıb.
“Senta Petroleum” şirkətinin təsisçisi Zaal İakobidzenin sözlərinə görə, Rusiya bazarında yanacağın qiyməti artıb və bu səbəbdən Gürcüstanda qısa müddətdə yanacaqdoldurma məntəqələrində yanacağın qiymətinin artması gözlənilir.
“Rusiya bazarında qiymət artımı qeydə alındığından, Rusiyadan daha bahalı yanacaq yerli bazara daxil olacaq. Qısa müddətdə qiymətlərin yenidən qalxacağı gözlənilir. Pərakəndə bazarda benzinin 1 litrinin artımı 15-20 tetri ola bilər”, - deyə o söyləyib.
Qlobal ticarət şəbəkəsinin rəhbəri Vano Mtvralaşvili də buna münasibət bildirib. Onun sözlərinə görə, Rusiya bazarında qiymət artımı ilə yanaşı, yanacaq qıtlığı da var. Nəticədə Gürcüstanın bu hissədə Rusiyadan yanacaq idxalından asılı olması səbəbindən qiymətlər artıb. Onun sözlərinə görə, dizellə bağlı vəziyyət fərqlidir.
"Dizel yanacağına gəlincə, əks proses baş verdi - bu məhsulun qiymətləri son aylarda geri dönməz şəkildə azalır. Bu ona görədir ki, Rusiyadan dizelin tədarükü ilə bağlı problem yoxdur. Hər halda, bu məhsulun qiymətində heç bir dəyişiklik gözlənilmir”, - Vano Mtvralaşvili deyib.
Məlumat üçün bildirək ki, indiki mərhələdə markalı yanacaqdoldurma məntəqələrində Regular-ın qiyməti 2,33-2,37 lari arasında dəyişir. Premium-un qiyməti 2,69-2,71 lari təşkil edir. Dizelin qiyməti isə 2,99-3,14 lari arasında dəyişir.


