18 
May
2023
14:24
430

Gürcüstanın xarici borcu bir ayda təxminən 80 milyon dollar artıb

Bir il ərzində Gürcüstanın dövlət xarici borcu 730,156 milyon dollar, əvvəlki ayla müqayisədə isə 79,823 milyon dollar artıb.

InterPress.ge xəbər verir ki, bu, Maliyyə Nazirliyinin açıqladığı məlumatlarda öz əksini tapıb.

2023-cü ilin aprel ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 8,552 milyard dolları, bugünkü məzənnə ilə isə 21,353 milyard larini ötüb. 2022-ci ilin aprelinə borcun məbləği 7,822 milyard dollar və ya o vaxtkı məzənnə ilə 23,930 milyard lari olub. 2023-cü ilin mart ayının məlumatlarına gəlincə, dövlətin xarici borcu 8,473 milyard dollar və ya o vaxtkı məzənnə ilə 21,694 milyard lari təşkil edib.

2023-cü ilin aprelinə olan məlumata görə, Gürcüstanın ən böyük kreditorları bunlardır: Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB) və Beynəlxalq İnkişaf Bankı (IBRD).

O cümlədən, dövlətin Avropa İnvestisiya Bankına borcu - 1,012 milyard dollar; Beynəlxalq İnkişaf Bankı-na 1,336 milyard dollar, Asiya İnkişaf Bankına isə 2,123 milyard dolları ötür.

Bizimlə əlaqə saxlayın