15 
May
2023
18:37
449

Valideynlərin nəzərinə! I sinfə gedənlərin qeydiyyatı və məktəbə qəbul üçün zəruri sənədlərin təqdim edilməsi müddətləri dəyişdirilib

 2023-2024-cü tədris ili üçün ümumtəhsil müəssisələrində I sinfə gedənlərin qeydiyyatı və məktəbə qəbul üçün zəruri sənədlərin təqdim edilməsi müddətləri dəyişdirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 2023-2024-cü tədris ilində sentyabrın 16-dan noyabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar birinci sinfə əlavə olaraq qəbul edilməlidir.

"Bildiyiniz kimi, birinci sinif şagirdlərinin qeydiyyatı zamanı Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə parlamentin Təhsil və Elm Komitəsinin birgə qərarı ilə “Ümumi təhsil haqqında qanun”a yaş həddi ilə bağlı dəyişiklik edilib. Qeyd olunan dəyişikliyi nəzərə alaraq, 2023-2024-cü tədris ilində sentyabrın 16-dan noyabrın 1-dək 6 yaşı tamam olan uşaqlar I sinfə əlavə olaraq qəbul edilməlidir.

Yuxarıda göstərilənlərə əsasən, Gürcüstanın Təhsil və Elm Nazirinin 15 may 2023-cü il tarixli 543304 nömrəli əmrinə əsasən, birinci sinfə gedənlərin qeydiyyatı və məktəbə qəbul üçün zəruri sənədlərin təqdim edilməsi üçün son tarixlər məlumdur.

II mərhələ – ikinci mərhələdə qeydiyyat 19 may 2023-cü il tarixinədək mümkün olacaq.

III mərhələ – ümumi qeydiyyat iyunun 8-də başlayacaq və iyunun 23-dək davam edəcək.

IV mərhələ - iyulun 17-dən iyulun 28-dək məktəblərdə qeydiyyat həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər qalan yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçəcəklər.

Gürcüstanın Təhsil və Elm Nazirliyi övladını vaxtında və rahat şəkildə məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın şərtləri və qaydaları ilə diqqətlə tanış olmağa çağırır", - məlumatda qeyd olunur.

 

Bizimlə əlaqə saxlayın