09 
May
2023
23:55
373

"Qırmızı körpü" təşkilatının üzvləri BMT-nin Gürcüstandakı daimi nümayəndəsi ilə görüşüb

“Qırmızı Körpü” təşkilatının Mülki İnkişaf Məktəbinin iştirakçılarını, təsisçilərini və nümayəndələrini BMT-ın mərkəzində UNDP-in (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) Gürcüstandakı daimi nümayəndəsi Nik Beresford və proqramın nümayəndəsi Lela Akiaşvili qonaq edib.

InterPress.ge xəbər verir ki, bu barədə Qırmızı Körpü təşkilatının Facebook səhifəsində qeyd olunub.

Görüş zamanı Mülku İnkişaf Məktəbinin tələbələri Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti, cari layihələr və davamlı inkişaf məqsədləri haqqında məlumat əldə ediblər və gənclərin fəallıqları ilə bağlı müzakirəyə qoşulublar.

Görüşün ikinci hissəsində UNDP-ın Gürcüstandakı daimi rəhbəri ilə “Qırmızı Körpü”nün nümayəndələri arasında təşkilatın fəaliyyəti və gələcək planlar müzakirə olunub.

 

Bizimlə əlaqə saxlayın