17 
Iyl
2020
09:14
381

Bakı tələb etsə, Türkiyə hərbi dəstək verəcək

Bəzi ölkələr Türkiyəyə qarşı cəbhəni genişləndirmək üçün Ermənistan kimi yeni böhranlar ortaya atırlar.

InterPress.ge xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan polkovniki Ünal Atabəy deyib.

“Ermənistan və Azərbaycan arasında baş verən atışma cəbhədə deyil, sərhəddə yaşanır. Hadisələr Dağlıq Qarabaqdan kənarda olan Tovuz rayonunda cərəyan edir. Bura strateji əhəmiyyətli bir bölgədir. Boru kəmərləri və beynəlxalq dəmir yolu marşrutları bu bölgədən keçir. Digər tərəfdən, bəzi ölkələr Türkiyəyə qarşı cəbhəni genişləndirmək üçün Ermənistan kimi yeni böhranlar ortaya atırlar. Bildiyiniz kimi, Türkiyə ordusu Suriya və Liviyada hərbi əməliyyatlarda iştirak edir. Həmin ölkələr bu məsələdə artıq səhv edirlər. Çünki Türkiyə Silahlı Qüvvələri bir çox cəbhədə döyüşmək gücünə malikdir. Azərbaycandan dəstək tələbi gələrsə, Türkiyə onu təmin etmək imkanına sahibdir”, - Ü.Atabəy bildirib.

Bizimlə əlaqə saxlayın