2024-cü ildən etibarən Gürcüstanda verilən bütün tikinti icazələrində yaşıllaşdırma layihəsi olmalıdır
2024-cü ildən Gürcüstanda verilən bütün tikinti icazələrində yaşıllaşdırma layihəsi olmalıdır.
InterPress.ge xəbər verir ki, Parlament bugünkü plenar iclasında “Sahə nizamlanması haqqında məcəllə”də müvafiq dəyişiklikləri üçüncü oxunuşda təsdiq edəcək.
Parlamentin Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Maya Bitadze izah edib ki, sözügedən layihə Tbilisidə 2019-cu ildən fəaliyyət göstərir və bu gün bir çox yeni yaşayış kompleksləri və obyektlər, o cümlədən iaşə obyektləri yaşıllaşdırma layihəsi ilə təchiz olunub.
Onun sözlərinə görə, yeni dəyişikliklər bütün Gürcüstan ərazisində xaotik tikintilərin tənzimlənməsinə və mümkün olan yerlərdə, hər binanın yaxınlığında yaşıllıqların təşkilinə və yeni istirahət məkanlarının yaradılmasına imkan verir.


