03 
Apr
2023
15:26
404

Mart ayında ən çox bahalaşan 10 ərzaq məhsulu

2023-cü ilin mart ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,2 faiz, illik inflyasiyanın səviyyəsi isə 5,3 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, inflyasiyanın azalmağa başlamasına baxmayaraq, illik inflyasiyanın formalaşmasına əsas təsir aşağıdakı qruplarda olub:

Ərzaq və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 11,8 faiz artaraq illik inflyasiyada 3,91 faiz bəndlə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər artıb:
Tərəvəz və bağçaçılıq məhsulları (28,8 faiz), çörək və çörək məhsulları (16,8 faiz), süd, pendir və yumurta (13,6 faiz), balıq (10,9 faiz), ət və ət məhsulları (10,4 faiz), mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr (10,1 faiz), qəhvə, çay və kakao (8,7 faiz), şəkər, mürəbbə və digər şirniyyatlar (2,7 faiz). Eyni zamanda, meyvə və üzümün qiymətləri azalıb (-2,4 faiz);

2023-cü ilin mart ayında qiymətləri ən çox bahalaşan ərzaq məhsullarının siyahısını təqdim edirik:

Soğan - 110,7%
Qarğıdalı unu - 67,9% qarğıdalı unu
Yaşıl lobya - 58,1%
Kartof - 49%
Qarpız - 39,9% 
Şirniyyat - 36% 
Tomat pastası - 32%
Qaymaqlı vafli - 31%
Xardal - 27,6%
Yaşıllar - 27,3%
Xatırladırıq ki, ölkədə illik inflyasiyanın səviyyəsi 305 adda istehlak məhsulunun qiyməti ilə ölçülür. Bu məhsullar arasında qida, müxtəlif xidmətlər, əyləncə, istirahət və digər fəaliyyətlərin qiymətləri var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər