“Ambassador” otelində baş verən yanğın hazırda lokallaşdırılıb. Hazırda 16 yanğınsöndürmə-xilasetmə ekipajı yanğının söndürülməsi üzərində işləyirlər.
InterPress.ge xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Xidmətindən verilən məlumata görə, xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
İnsanlar binadan təxliyə edilib.
Xatırladırıq ki, 4 mərtəbəli otelin 3-cü və 4-cü mərtəbəsində güclü yanğın baş verib. Yanğının səbəbləri məlum deyil. Hadisə yerinə polis və təcili yardım qrupları da səfərbər olunub.
