Portuqaliyanın paytaxtı Lissabonda "İsmayılın müsəlmanlar mərkəzi"ndə soyuq silahla silahlanmış şəxs iki nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb.
InterPreess.ge bu barədə "Deutsche Welle"-yə istinadən xəbər verir.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən şəxs həbs zamanı xəsarət alıb və xəstəxanadadır.
“Ciddi təhlükə ilə üzləşən polis əməkdaşları şəxsə qarşı odlu silahdan istifadə edib və təcavüzkarı zərərsizləşdiriblər”, - deyə polisdən bildirilib.
CNN Portuqaliya telekanalının məlumatına görə, hücum edən şəxs əfqandır.
