28 
Mar
2023
09:58
455

Gürcüstanda çiyələk idxalı 3 dəfə artıb

Gürcüstana təzə çiyələk idxalının həcmi mövsümöncəsi dövr üçün rekord həddədir və yanvar-fevral aylarında 420 ton təşkil edib. Bu, ötən ilin eyni aylarının göstəricisindən üç dəfə çoxdur. 

InterPress.ge xəbər verir ki, məlumatı Agroportal EastFruit yayıb.

O cümlədən, 2022-2023-cü ilin avqust-fevral aylarında təzə çiyələk idxalı ötən illə müqayisədə 44% çox, yəni 750 ton olub, 2021-2022-ci ilin eyni dövründə idxalın ümumi həcmi cəmi 250 ton təşkil edib.

EastFruit analitiklərinin fikrincə, illik idxalda belə böyük sıçrayış Rusiya vətəndaşlarının ölkəyə axını ilə bağlı yerli tələbatın artması, eləcə də pandemiyadan sonrakı iqtisadi canlanma ilə bağlıdır.

Son 9 ilin qeyd olunan ayları ilə müqayisədə bir il ərzində çiyələk idxalı təxminən 85 ton artıb. İdxal olunan məhsulların 82 faizi təzə, qalanı isə dondurulmuş çiyələk olub. EastFruit-ə görə, dondurulmuş çiyələk idxalı daha təsadüfi və dəyişkəndir, təzə çiyələk idxalı isə sabit artım göstərir.

Bu ilin fevral ayında ölkəyə 260 ton təzə çiyələk idxal edilib, kiloqramı 0,26 ABŞ dolları (0,66 lari) olub, eyni ayda dondurulmuş çiyələk idxal edilməyib. Ölkəyə sonuncu dəfə yanvar ayında 100 ton dondurulmuş çiyələk  gətirilib. İdxal hər kq üçün 0,45 ABŞ dolları (1,15 lari) olub ki, bu da təzə çiyələyin yanvar ayı idxal qiymətindən 0,16 dollar (0,41 lari) yüksəkdir. Dondurulmuş çiyələk adətən mürəbbə istehsalı üçün xammal kimi istifadə olunur.
 

Bizimlə əlaqə saxlayın