16 
Mar
2023
19:44
444

Marneulidə Novruz şənliyi məhdud formada keçiriləcək

Bu il Marneulidə Novruz şənliyi məhdud formatda keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Marneulinin Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze açıqlama verib.

Bələdiyyə Məclisi sədrinin qeyd etdiyinə görə, dost və qonşu ölkə Türkiyədə təbii fəlakətin getirdiyi faciədən dolayı bu il Novruz şənliyi musiqisiz, məhdud formada keçiriləcək.

"Bu il martın 21-də Marneuli Bələdiyyəsinin özünüidarəsi Novruz Bayramı ilə bağlı geniş tədbir keçirəcəkdi, lakin qonşu, dost ölkə Türkiyədə minlərlə vətəndaşın həyatına son qoyan təbii fəlakətdən (zəlzələ) dolayı bu il Novruz Bayramı tədbirini musiqisiz keçirmək qərarına gəldik. Bayramla əlaqədar təşkil olunan şənlik proqramında Azərbaycan teatrının tamaşası təqdim olunacaq.Yerli rəssamların əsərlərinin və əl işlərinin nümayiş olunacağı sərgi guşəsi, o cümlədən Azərbaycan mətbəxi üzrə ustad dərsləri/dequstasiyası baş tutacaq. Tədbir çərçivəsində idman tədbirləri keçiriləcək. Fürsətdən istifadə edərək hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm",- deyə Amiran Qiorqadze bildirib.

Bizimlə əlaqə saxlayın