15 
Mar
2023
21:46
790

Bu kəntdə karantin elan edildi

Ambrolaurinin Kvatsxuti kəndində laboratoriyada təsdiqlənmiş quduzluq halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, Raça-Leçxumi-Kvemo Svaneti əyalətinin nümayəndəsi Papuna Marqvelidzenin qərarına əsasən, sözügedən ərazidə karantin tətbiq edilib.

"Karantin müddəti hal təsdiqləndikdən sonra müəyyən edilir və sonuncu heyvan xəstəliyi aşkar edildikdən və ləğvetmə tədbirləri keçdikdən 60 gün sonra qüvvəyə minir. Karantin heyvanların küçəyə və digər yerlərə çıxarılmasının qadağan edilməsi deməkdir, bu müddət ərzində onları təcrid etmək lazımdır.

Dövlət Müvəkkili Aparatında işgüzar görüş keçirilib, iclas çərçivəsində quduzluğun aradan qaldırılması tədbirləri planının layihəsi ətraflı müzakirə olunub, müvafiq olaraq zəruri tədbirlərin görülməsinə başlanılıb.

Hazırda quduzluğa qarşı profilaktik peyvənd və dezinfeksiya işləri aktiv şəkildə aparılır”, - deyə  məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın